Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Baş Qərargahının idarə rəisi avtomobildə baş verən partlayış nəticəsində ölüb
Rusiya Baş Qərargahının idarə rəisi avtomobildə baş verən partlayış nəticəsində ölübBu gün, 14:29 |
|
Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobildə baş verən partlayış nəticəsində həlak olub. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. "İstintaq məlumatlarına əsasən, dekabrın 22-si səhər saatlarında Moskvanın Yasenyeva küçəsində avtomobilin altında quraşdırılmış partlayıcı qurğu işə düşüb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb", - bəyanatda bildirilib. Faktla bağlı cinayət işi açılıb. Hadisə yerində araşdırma davam edir. İstintaq tərəfindən zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi və partlayış-texniki ekspertizalar təyin ediləcək. Şahidlər və hadisəni görənlər dindirilir, videomüşahidə kameraları tədqiq edilir. Geri qayıt |