Əsas Səhifə > Hadisə > Neftçalanın sabiq icra başçısının müavini azadlığa buraxılıb

Neftçalanın sabiq icra başçısının müavini azadlığa buraxılıb


Bu gün, 14:26


Neftçalanın sabiq icra başçısının müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb.

Şəffaflıq.az xəbər verir ki, bu gün icra olunan amnistiya aktı ona da şamil edilib.

Qeyd edək ki, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 2020-ci ildə həbs edilib.

Məhkəmənin hökmü ilə 2021-ci ildə G. Sadıqova 8 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib. Daha sonra onun cəzası 4 il 6 aya qədər azaldılıb.


Geri qayıt