Əsas Səhifə > MALİYYƏ > Maliyyə Nazirliyi Bakı metrosuna faizsiz kredit verib
Maliyyə Nazirliyi Bakı metrosuna faizsiz kredit veribBu gün, 14:24 |
|
Bu il fevralın 20-də "Bakı Metropoliteni" QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb. Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, metro həmçinin hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73,63 milyon manat kapital vəsaiti alıb. Bu il hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün isə şirkətə 42,662 milyon manat subsidiya ayırıb. Bundan başqa, bu il iyulunda şirkətin tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilib. Bu addım tikinti idarəçiliyində çevikliyi, səmərəliliyi vəmüasirləşməni artırmaqla yanaşı, korporativ strukturu sadələşdirmək və idarəetmə xərclərini azaltmaq məqsədi daşıyır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası isə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifinin 50 qəpikdən 60 qəpiyə qaldırılmasını təsdiq edib. Xatırladaq ki, "Bakı Metropoliteni" indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır. Geri qayıt |