Əsas Səhifə > SİYASƏT > Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək

Məcnun Məmmədov Sabirabadda vətəndaşları qəbul edəcək


Bu gün, 09:57


Dekabrın 26-da, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Şəffaflıq.az nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər DAİM-ə (050-5159841) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


Geri qayıt