Əsas Səhifə > Hadisə > Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb19-12-2025, 15:44 |
|
Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu il dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən iki balıqçıdan biri - 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənovun meyiti dalğıc-xilasedicilər tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda qeyd olunub ki, hazırda itkin düşən digər şəxs - 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənovun axtarışları davam etdirilir. Şəffaflıq.az Geri qayıt |