Əsas Səhifə > SİYASƏT > Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq


19-12-2025, 14:52


Azərbaycan və BMT arasında "Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi"nin hazırlanması müzakirə edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsi hesabında yazıb.

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşdə BMT ilə əməkdaşlığın gündəliyində olan prioritetləri müzakirə etdik.

"Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi"nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının monitorinqinin gücləndirilməsi məqsədilə "DİM üzrə Milli İzləmə Sistemi"nin hazırlanması, regionlar üzrə DİM-lərin lokallaşdırılması fəaliyyətlərinin davam etdirilməsi məqsədilə BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlıq barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

M. Cabbarov, Vladanka Andreyevaya səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa töhfələri üçün təşəkkürünü bildirib və uğurlar arzulayıb.


Geri qayıt