Əsas Səhifə > Gündəm > Apteklərdə qiymət üç dəfə qalxdı, nazirliyin mövqeyi:
Apteklərdə qiymət üç dəfə qalxdı, nazirliyin mövqeyi:24-02-2020, 16:42 |
![]() Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Teleqraf.com-a bildirilib ki, aptek şəbəkələri özəl fəaliyyət göstərir. Bu səbəbdən onlar dövlət dəstəyi ilə tibbi ləvazimatla təmin olunmurlar. Ölkə ərazisində tibbi ləvazimatların satışı ilə məşğul olan Tibbi Market MMC-dən satıcı Ehtiram Şabanovun sözlərinə görə, hazırda maska və spirt qıtlığı müşahidə olunur. Bunun əsas səbəb sərhədlərin bağlanmasıdır: “Türkiyə, Çin və İrandan məhsulları gətiririk. Hazırda Çin və İrandan məhsul gətirilməsinə icazə yoxdur. Əsasən Türkiyədən gətirirdik, hazırda onlar da bizə məhsul göndərmir”. Satıcı bildirib ki, qiymətlərdə süni artım var: “Hazırda qiymətlər üç qat yuxarı qalxıb. Əvvəl 50 ədəd maska olan qutular 3-4 manat arası satılırdısa, indi qiymətlər 12-15 manat arasında dəyişir. Dezenfeksiya məhsulu olan spirtlərin qiyməti əvvəl 1 litri 9 manat idi, indi 12 manata satılır. Bunlar adi spirt deyil, əl üçün hazırlandığına görə qiyməti bahadır. 20 manata qədər artımı gözlənilir”. Market işçisinin sözlərinə görə, qiymət artımı davam edəcək: “Yaxın zamanda xaricdən məhsul idxalı gözlənilmir. Yəqin ki, may ayından yenidən idxal davam edəcək”. Binəqədi rayon ərazisində yerləşən apteklərdən birində isə maskanın ədədi 25 qəpiyə satılır: “Gün ərzində 500 ədəd maska satılıb. Tələbat ardtığı üçün hazırda məhsul yoxdur”. Şəffaflıq.az Geri qayıt |