Əsas Səhifə > Hadisə > Biləsuvar sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub
Biləsuvar sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub10-12-2025, 10:38 |
|
Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Durres şəhər limanında qeydə alınıb. İlkin məlumata görə, gəmidə yük boşaltma zamanı Biləsuvar şəhər sakini, 2001-ci il təvəllüdlü Əvəz Cəfərovu elektrik cərəyanı vurub. O xəstəxanaya aparılsa da, öldüyü məlum olub. Mərhum doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılacaq. Faktla bağlı Albaniyanın istintaq orqanı tərəfindən araşdırma aparılır. Geri qayıt |