Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Sudanda İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var
Sudanda İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb, ölənlər var10-12-2025, 10:35 |
|
Sudanda hərbi İl-76 yük təyyarəsi qəzaya uğrayıb, bütün heyət üzvləri həlak olub. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" (AFP) mənbəyə istinadən xəbər yayıb. Agentlik adı çəkilməyən mənbəyə istinadən bildirib ki, İl-76 təyyarəsi texniki nasazlıq səbəbindən Qırmızı dənizdəki Port Sudanda "Osman Diqna" aviabazasına enişə cəhd etdikdən sonra qəzaya uğrayıb. Mənbə həmçinin bütün heyət üzvlərinin həlak olduğunu açıqlayıb. Ölənlərin dəqiq sayı açıqlanmır. Geri qayıt |