Əsas Səhifə > Hadisə > Gəncədə dönərdən zəhərlənən şagirdlər evə buraxılıb, AQTA araşdırmalara başlayıb
Gəncədə dönərdən zəhərlənən şagirdlər evə buraxılıb, AQTA araşdırmalara başlayıb10-12-2025, 10:24 |
|
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə orta məktəb şagirdlərinin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. Məsələ nəzarətə götürülüb. "Report"un Qərb bürosunun məlumatına görə, Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan və dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən 8 nəfərə zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Şəffaflıq.az Geri qayıt |