Əsas Səhifə > SAĞLAMLIQ > 2027-ci ildən uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta hesabına aparıla bilər
2027-ci ildən uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta hesabına aparıla bilər9-12-2025, 12:07 |
|
Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin 2027-ci ildən başlayaraq İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır. Şəffaflıq.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Baş nazirin sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində gələn ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək. Ə.Əsədov həmçinin xatırladıb ki, əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur. Geri qayıt |