Əsas Səhifə > SİYASƏT > Kəmaləddin Heydərov: Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir
Kəmaləddin Heydərov: Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir3-12-2025, 10:40 |
|
Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir. Şəffaflıq.az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransının açılışında çıxışı zamanı deyib. Onun sözlərinə görə, tarix boyu insanlar təbii və texnogen hadisələrlə üzləşib: "Azərbaycan təbii və texnogen risklərinin olduğu ölkədir. Ölkəmizdə son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir. Nazirlik beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirir. Azərbaycanda yanğınsöndürmə sisteminin formalaşması böyük tarixə malikdir". Geri qayıt |