Əsas Səhifə > Hadisə > AXCP Rəyasət Heyətinin üzvünə qarşı ittiham irəli sürülüb
AXCP Rəyasət Heyətinin üzvünə qarşı ittiham irəli sürülüb1-12-2025, 12:54 |
|
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə ittiham irəli sürülüb. Şəffaflıq.az-ın məlumatına görə, o, Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, noyabrın 29-da AXCP sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahimin evlərində DTX tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər. Geri qayıt |