Əsas Səhifə > SİYASƏT > "Ramiz Mehdiyev" işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli olub
"Ramiz Mehdiyev" işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli olub1-12-2025, 10:57 |
|
Məlum olduğu kimi, Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi bəllidir. Sorğulanmalardan məlum olur ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb. Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının "Milyarderlər İttifaqı" kimi tanıdığı "Rusiya Azərbaycan Təşkilatları İttifaqı"nı yaradır. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə (İB - İbrahimbəyov, RUS-Rustam) Abbas Abbasovla birgə "Milyarderlər İttifaqı"nın Koordinasiya Şurasının üzvü olur. Bundan dərhal sonra, Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb "Milyarderlər İttifaqı"nın kapitalı ətrafında "Milli Şura" yaradır. Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni (həyatının növbəti ciddi səhvini edərək) Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı "Milli Şura"nın alətinə çevirir. Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evindən çıxıb. Şəffaflıq.az Geri qayıt |