Əsas Səhifə > Dünya > Əfqanıstanın prezidenti bəlli oldu

Əfqanıstanın prezidenti bəlli oldu


18-02-2020, 22:48

 

Məhəmməd Əşrəf Qani Əfqanıstanın növbəti dəfə prezidenti seçilib.

Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, Əfqanıstan Müstəqil Seçki Komissiyasının açıqladığı yekun nəticələrə əsasən, Əşrəf Qani yenidən hakimiyyətə gəlib.

Seçkilərin nəticələrinə görə, lider namizədlərdən Əşrəf Qani 50,63%, Abdulla Abdulla 39,52% və Qülbəddin Hikmətyar 3,85% səs toplayıb.

Qeyd edək ki, Qani 2014-cü ildən Əfqanıstana rəhbərlik edir.




Geri qayıt