Əsas Səhifə > SİYASƏT > I Qarabağ müharibəsinin itkin-şəhidi Fikrət Əzizov dəfn olunub
I Qarabağ müharibəsinin itkin-şəhidi Fikrət Əzizov dəfn olunubBu gün, 14:37 |
|
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Fikrət Abbas oğlu Əzizov dəfn olunub. Şəffaflıq.az-ın məlumatına görə, Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində mərhumun ailə üzvlərinə məxsus evdə vida mərasimi keçirilib. Daha sonra onun nəşinin qalıqları Qaradağ rayonu, "Sofi Həmid Piri" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Geri qayıt |