Əsas Səhifə > Digər > “ABŞ Suriyanın neftini qarət edir” - RUSİYADAN AÇIQLAMA

“ABŞ Suriyanın neftini qarət edir” - RUSİYADAN AÇIQLAMA


18-02-2020, 22:31

 

Şəffaflıq.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib: “ABŞ açıq-aşkar və utanmadan Suriyanın neft yataqlarını talan edir. Eyni zamanda bu ölkəyə neft tədarükünü qadağan edir”.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu Romada rəsmi səfərdədirlər. Şoyqu İtaliyadakı çıxışı zamanı deyib: “Birləşmiş Ştatlar bir tərəfdən neft yataqlarının olduğu ərazilərə nəzarət edir. Orada Suriya dövlətinə və xalqına məxsus sərvətlərin aşkar, utanmazcasına qarət edilməsi davam edir. Digər tərəfdən də neftin oraya aparılması qadağan edilir. Üşüncü tərəfdən isə, Suriya ərazisində əziyyət çəkənlərin böyük əksəriyyəti istiliyə, isti suya, elektrikə ehtiyac hiss edir. Bunun üçün isə yanacaq lazımdır. Yanacağın gətirilməsini isə qadağan edirlər”
Geri qayıt