Əsas Səhifə > SAĞLAMLIQ > Gəncədə topdansatış mağazasında 200-dən çox saxta alkoqollu içki aşkarlanıb
Gəncədə topdansatış mağazasında 200-dən çox saxta alkoqollu içki aşkarlanıbBu gün, 10:18 |
Gəncədə fəaliyyət göstərən topdansatış mağazasında 210 ədəd saxta alkoqollu içki aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, baxış zamanı satış sahəsində aşkar saxtalaşdırma əlamətləri olan "Organic Росинка" əmtəə nişanlı 98 ədəd 0.7 litrlik, 112 ədəd 0.5 litrlik alkoqollu içki aşkarlanıb. Belə ki, içkilərin başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Şəffaflıq.az Geri qayıt |