Əsas Səhifə > XARİCİ XƏBƏR > Tramp: MKİ-nin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə vermişəm
Tramp: MKİ-nin Venesuelada gizli əməliyyatlar keçirməsinə icazə vermişəmBu gün, 08:36 |
ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Venesuelada hökumət əleyhinə gizli əməliyyatlar keçirmək səlahiyyəti verdiyini təsdiqləyib. Şəffaflıq.az bu barədə "NBC News"a istinadən xəbər verir. "Mən əslində buna iki səbəbə görə icazə vermişəm. Birincisi, onların həbsxanalarından məhkumları Amerika Birləşmiş Ştatlarına buraxılmasıdır. Digəri isə narkotik vasitələrdir. Venesueladan bizə çoxlu narkotik gəlir", - Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlarına nə üçün icazə verdiyi ilə bağlı sualı cavablandırarkən deyib. MKİ şərh verməkdən imtina edib. Geri qayıt |