Əsas Səhifə > XARİCİ XƏBƏR > Pentaqon rəhbərini daşıyan təyyarə Böyük Britaniyada məcburi eniş edib
Pentaqon rəhbərini daşıyan təyyarə Böyük Britaniyada məcburi eniş edibBu gün, 08:31 |
Pentaqon rəhbəri Pit Heqsetin təyyarəsi ön şüşəsi çatladığı üçün Böyük Britaniyada məcburi eniş edib. Heç kim xəsarət almayıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABŞ-nin hərbi orqanı rəhbərinin ictimaiyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell sosial şəbəkədə xəbər verib. "NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra ABŞ-yə qayıdarkən, hərbi nazir Heqsetin təyyarəsi ön şüşəsi çatladığından Böyük Britaniyada məcburi eniş edib", - o yazıb. O qeyd edib ki, eniş standart prosedura uyğun həyata keçirilib və təyyarədə olanların hamısı təhlükəsizdir. Geri qayıt |