Əsas Səhifə > Hadisə > Zərdabda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Zərdabda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar varBu gün, 10:23 |
Zərdabda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Zərdab-Ucar avtomobil yolunda qeydə alınıb. Belə ki, "BMW" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb. Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Nemətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |