Əsas Səhifə > Maraqlı > Müxalifət Lökbatana getməyəcək - MERİYANIN TƏKLİFİNDƏN İMTİNA OLUNDU

Müxalifət Lökbatana getməyəcək - MERİYANIN TƏKLİFİNDƏN İMTİNA OLUNDU


13-02-2020, 22:00

 

REAL Partiyasının sədri İlqar Məmmədov mitinq üçün Lökbatan təklifindən imtina edildiyini bildirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə sədr sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edib ki, aksiya fevralın 16-sı saat 15:00-17:00-da Bakı şəhərində keçirilməlidir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab olaraq bildirmişdi ki, müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib.
Geri qayıt