Əsas Səhifə > Hadisə > Özünə səhvən koronavirus diaqnozu qoydu və intihar etdi

Özünə səhvən koronavirus diaqnozu qoydu və intihar etdi


13-02-2020, 21:49

 

Hindistanın Andhra Pradeş ştatında 50 yaşlı fermer özündə səhvən koronavirus əlamətləri aşkar etdikdən sonra intihar edib.

Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, fermer son günlər koronavirusun yayılması barədə çoxlu videolara baxıb.

Bala Krişna adlı fermer özündə soyuqdəymə simptomları aşkar etdikdən sonra bunun koronavirusdan qaynaqlandığını hesab edib və ailə üzvlərini ona yaxın durmamağı tapşırıb.

Bir neçə günlük təcriddən sonra fermer yerli qəbiristanlıqda intihar edib.
Geri qayıt