Əsas Səhifə > SİYASƏT > Cəlilabadda məktəbli sinif yoldaşını öldürüb

Cəlilabadda məktəbli sinif yoldaşını öldürüb


Bu gün, 15:47


Cəlilabad rayonunda məktəblilər arasında mübahisə baş verib. 

Şəffaflıq.az-ın məlumatına görə, rayonun Xəlilabad kəndində qeydə alınan hadisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Xəsarət alan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt