Əsas Səhifə > Hadisə > Nəsimi rayonunda yük avtomobilindən 3200 manatlıq istehlak malları oğurlanıb

Nəsimi rayonunda yük avtomobilindən 3200 manatlıq istehlak malları oğurlanıb


Bu gün, 14:09


Nəsimi rayonunda şirkətlərdən birinə məxsus olan yük avtomobilindən oğurluq olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək nəqliyyat vasitəsindən 3200 manat dəyərində müxtəlif markalı istehlak mallarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı M.Səfərov müəyyən edilərək saxlanılıb. 

Şəffaflıq.az


Geri qayıt