Əsas Səhifə > Hadisə > Lökbatanda baş verən partlayışda xəsarət alan Culfa sakini 10 gün sonra ölüb
Lökbatanda baş verən partlayışda xəsarət alan Culfa sakini 10 gün sonra ölübBu gün, 15:10 |
Lökbatan qəsəbəsində baş verən partlayışda xəsarət alan Naxçıvan sakini 10 gün sonra ölüb. Şəffaflıq.az-ın məlumatına görə, avqustun 16-da Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayış nəticəsində Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonu Əbrəqunus kəndinin sakini Tofiq Mirbağır oğlu Seyidov xəsarət almışdı. Bədəninin 75 faizində yanıq xəsarətləri olan T.Seyidov müalicə olunduğu özəl xəstəxanaların birində 10 gün sonra həyatını itirib. Geri qayıt |