Əsas Səhifə > Hadisə > Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, ərazidə avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILIB

Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub, ərazidə avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILIB


7-02-2020, 08:44

 

Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub.

Buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.

Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib.

Şəffaflıq.az
Geri qayıt