Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > DSMF sədri Lənkəranda vətəndaş qəbulu keçirib
DSMF sədri Lənkəranda vətəndaş qəbulu keçirib11-07-2025, 16:40 |
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Lənkəran rayonunda bu rayonun sakinlərini qəbul edib. Bu barədə Fonddan məlumat verilib. Qeyd edilib ki, qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı olub. Müraciətlərin hər biri qeydiyyata alınıb, bəziləri yerindəcə həll olunub, bir qisminin isə həll edilməsi üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib. Şəffaflıq.az Geri qayıt |