Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Tramp iyulun 14-də Rusiya ilə bağlı mühüm bəyanat verəcək

Tramp iyulun 14-də Rusiya ilə bağlı mühüm bəyanat verəcək


11-07-2025, 09:37


ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyinə söz verib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti "BC News" telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı böyük bir açıqlama verəcəyəm", - o deyib. Amerika lideri qarşıdakı bəyanatın məzmunu ilə bağlı hər hansı təfərrüatlar verməkdən imtina edib. "Rusiya ilə bağlı məyus oldum. Önümüzdəki bir neçə həftə ərzində nə olacağını görəcəyik", - Tramp əlavə edib.


Geri qayıt