Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib
Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib11-07-2025, 09:34 |
Paris Apellyasiya Məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğu haqda açıqlamalar verməkdə təqsirli bilinən jurnalist Nataşa Reyə bəraət verib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Reyin vəkili Fransua Danqlean “X” sosial şəbəkəsində məlumat verib. “Nataşa Reyin Bricit və Jan-Mişel Tronye üzərində qələbəsi: apellyasiya məhkəməsi Nataşa Reyə bəraət qazandırdı”, - o bildirib. Qeyd olunur ki, Rey indi Fransa rəhbərinin həyat yoldaşını dələduzluqda ittiham edərək, onu məhkəməyə vermək niyyətindədir. Geri qayıt |