Əsas Səhifə > Hadisə > Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb9-07-2025, 14:11 |
Məhkəmə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovla bağlı qərar verib. Şəffaflıq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb. Sözügedən məsələ ilə bağlı saxlanılan şəxslər Cinayət Məcəlləsinin 192.2.2-ci (Külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1-ci (Vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham olunurlar. Geri qayıt |