Əsas Səhifə > Hadisə > Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub8-07-2025, 12:32 |
Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Qeyd olunub ki, iyunun 29-da Samux rayonu, Burunqovaq kənd sakini 1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması ilə bağlı Samux Rayon Prokurorluğuna məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə zərərçəkmiş Yahuzə Bəkirovanın həmkəndlisi 1987-ci il təvəllüdlü Arzu Alıyev tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Geri qayıt |