Əsas Səhifə > Hadisə > Bakıda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşdu - Xəsarət alanlar var


3-02-2020, 22:27

 

Bakıda yol qəzası baş verib.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Hafiz Nəcəf oğlu Qurbanov və 1992-ci il təvəllüdlü Orxan Sadiq oğlu Tanrıverdiyev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb, onlara sol ayaq və sol əlin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.



Geri qayıt