Əsas Səhifə > Cəmiyyət / Mədəniyyət > Global Research Conference Shusha 2025: Daha Yaxşı Gələcək üçün Süni İntellekt

Global Research Conference Shusha 2025: Daha Yaxşı Gələcək üçün Süni İntellekt


23-06-2025, 17:28


📍 Şuşa, Azərbaycan | 16–21 iyun 2025

“Daha Yaxşı Gələcək üçün Süni İntellekt” şüarı ilə keçirilən Global Research Conference Shusha 2025 çərçivəsində Azərbaycan və beynəlxalq akademik, elmi, texnoloji və sənaye nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli tədbir təşkil olundu.

Konfransın plenar açılış mərasimi Şuşada keçirildi və  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, AMEA-nın Fizika İnstitutunun tədqiqatçıları, Qarabağ Universitetinin rəhbərliyi və müəllim heyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Biznes Universiteti, Aqrar Problemlər İnstitutu, Gəncə Dövlət Universitetinin professor və tədqiqatçıları, Sinqapur Texnologiya və Dizayn Universitetinin nümayəndəsi, Sinqapur Süni İntellekt Beynəlxalq İnstitutunun (AIII) qurucusu, R.T. Ərdoğan Universitetinin professoru (Türkiyə), Bitlis Eren Universitetinin nümayəndəsi (Türkiyə), Kanadanın Innevic şirkətindən süni intellekt üzrə ekspert, KOBİA nümayəndəsi, Avtomatika şirkətinin qurucusu, Elm, təhsil və sənaye sahələrində fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri tədbirdə iştirak etdilər.

Konfransın plenar hissəsini davam etdirərək, 21 iyun tarixində onlayn formatda elmi sessiya keçirildi. Burada konfrans material toplusuna daxil edilmiş məqalələr müəlliflər tərəfindən təqdim olundu.

Süni intellektin müxtəlif sahələrdə tətbiqinə dair 50-yə yaxın elmi məqalə beynəlxalq GRSAI – Süni İntellekt üzrə Qlobal Elmi Tədqiqat Jurnalına nəşr üçün qəbul edildi.

Şuşa və Laçına mədəni-ekoloji ekskursiya, azad edilmiş Qarabağ bölgəsinin təbiəti və tarixi ilə yerində tanışlıq imkanı yaratdı.

Xankəndidə yerləşən Qarabağ Universitetinə rəsmi səfər, elmi heyətlə görüş və gələcək akademik əməkdaşlıqlara dair ilkin razılaşmalarla yadda qaldı.

Konfrans nəticəsində “Şuşa Bəyannaməsi” qəbul olundu. Bəyannamədə etik, davamlı və inklüziv intellekt inkişafı üçün strateji çağırışlar əks olunub.

Tədbirdə həmçinin SGII – Shusha Global Intelligences Institute (Şuşa Qlobal İntellektlər İnstitutu) təşəbbüsü də təqdim edildi. Bu institut, insan, süni, emosional, mədəni və etik intellektləri bir araya gətirən, fənlərarası doktorantura və tədqiqat platforması kimi fəaliyyət göstərəcək.

Konfrans proqramı  MIE Azerbaijan MMC-nin təşəbbüsü və təşkilatçılıĝı ilə həyata keçirilmişdir.

#Shusha2025 #GlobalResearch #SGII #AIforFuture #QarabağUniversiteti #ElmiƏməkdaşlıq #ŞuşaBəyannaməsi

Şəffaflıq.az


Geri qayıt