Əsas Səhifə > İdman > “Fənərbaxça”nın futbolçusu “Qarabağ”a gəlməkdən imtina etdi

“Fənərbaxça”nın futbolçusu “Qarabağ”a gəlməkdən imtina etdi


1-02-2020, 23:40

 

Türkiyə milli komandasının futbolçusu Alper Potuk Azərbaycan çempionu “Qarabağ”a keçməkdən imtina edib.

Şəffaflıq.az apasport.az-a istinadən xəbər verir ki, “Fənərbaxça”nın 29 yaşlı yarımmüdafiəçisi son vaxtlar heyətinə düşməkdə çətinlik çəkdiyi İstanbul klubunda qalmağa üstünlük verib.

Ağdam klubu ilə yanaşı, Super Liqanın digər təmsilçiləri “Rizəspor”, “Ankaragücü”, “Kasımpaşa”nın da heyətinə qatmaq istədiyi A.Potuk bu təklifləri qəbul etməyib. O, 2013-cü ildən geyindiyi sarı-lacivərdli formanı dəyişmək istəməyib.

Qeyd edək ki, “Fənərbaxça”ya qədər “Əskişəhərspor”da (2009-13) oynamış yarımmüdafiəçi 2012-ci ildən fasilələrlə çağırıldığı Türkiyə yığmasında 17 oyuna 1 qol vurub.
Geri qayıt