Əsas Səhifə > Gündəm > "Bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolveriməzdir".
"Bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolveriməzdir".31-01-2020, 17:38 |
"Bir namizədin hansısa formada digər bir namizədə qarşı kampaniya aparması yolveriməzdir". Şəffaflıq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. MSK sədri namizədləri ədalətli olmağa çağırıb: “Biz bütün namizədlər üçün bərabər şərait yaratmışıq. Lakin bu vəziyyətdən düzgün istifadə etmək lazımdır. Namizədlərin hansısa yolla bir-birinə qarşı kampaniya aparması qanunvericiliyə ziddir və biz buna heç cür imkan verə bilmərik”. M.Pənahov deyib ki, deputatlığa namizədlər öz qələbələrini başqalarının məğlubiyyəti üzərində qurmamalıdır. Geri qayıt |