Əsas Səhifə > Siyasət > AŞPA Azərbaycanda parlament seçkilərini MÜŞAHİDƏ EDƏCƏK

AŞPA Azərbaycanda parlament seçkilərini MÜŞAHİDƏ EDƏCƏK


31-01-2020, 08:58

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frank Şvabenin rəhbərlik etdiyi 25 nəfərdən ibarət nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə birgə Azərbaycana səfər edəcək.

Nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda olacaq və parlament seçkilərini müşahidə edəcək.

Qeyd olunur ki, nümayəndə heyəti namizədlər, partiya nümayəndələri, eləcə də Mərkəzi Seçki Komissiyasının, vətəndaş cəmiyyətinin, KİV-lərin nümayəndələri ilə görüşlər keçirəcək.

Şəffaflıq.az
Geri qayıt