Əsas Səhifə > Dünya > Ermənistanda atışma olub, xəsarət alan var

Ermənistanda atışma olub, xəsarət alan var


23-01-2020, 09:20
 

Ermənistanda atışma olub.

"Report" "News.am"a istinadən xəbər verir ki, hadisə Artaşat vilayətində qeydə alınıb.

Bildirilir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. O, xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxsin kimliyi müəyyənləşdirilir.

Atışmanın baş verdiyi yerə gedən polis əməkdaşları ərazidə giliz, 2 mərmi və dəyənək aşkarlayıblar. 

Hadisənin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, bu, Ermənistanda ötən gün qeydə alınan ikinci silahlı insidentdir. Dünən habelə bu ölkədə məhkəmə binası atəşə tutulub.


Geri qayıt