Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan və Pakistan arasında gömrük sahəsində Anlaşma Memorandumu təsdiqlənib
Azərbaycan və Pakistan arasında gömrük sahəsində Anlaşma Memorandumu təsdiqlənib6-05-2025, 16:29 |
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nu təsdiq edib. Şəffaflıq.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsaəsn, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir. Geri qayıt |