Əsas Səhifə > Dünya > Qara qutular Ukraynaya göndəriləcək
Qara qutular Ukraynaya göndəriləcək18-01-2020, 20:25 |
İran Tehranda vurulmuş “Boeing”in qara qutularını Ukraynaya göndərəcək. Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Mülki Aviasiyası Təşkilatının Hadisələrin Araşdırılması Bölməsinin başçısı Həsən Rezayefar məlumat verib. Həsən Rezayefar bildirib ki, İranda qara qutuların şifrəsini açmaq mümkün deyil: "Ukraynanın arzusuna əsasən, bort qeydiyyatçıları bu ölkəyə göndəriləcək. Fransa, Kanada və ABŞ-dan olan ekspertlərin köməyi ilə Kiyevdə onların şifrəsini açmağa cəhd edəcəklər. Əgər, bu cəhd müvəffəqiyyətlə nəticələnməsə, qara qutular Fransaya göndəriləcək". Geri qayıt |