Əsas Səhifə > İdman > Kiprin futbol çempionatı dayandırıldı - Hakimə sui-qəsd cəhdi...

Kiprin futbol çempionatı dayandırıldı - Hakimə sui-qəsd cəhdi...


18-01-2020, 12:04

 

Kiprin futbol çempionatının oyunu yarışın hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə Kiprin Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Məlumata görə, matçın 3yaşlı hakimi Andreas Konstantinin avtomobili minalanıb. Hüquq-mühafizə orqanlarının xəbərlərində bildirilir ki, sui-qəsd cəhdi hakimin evinin yaxınlığındakı dayanacaqda olub. Partlayışdan sonra avtomobilə ciddi zərər dəyib. Hakim özü zərər çəkməyib.

Qeyd edilir ki, Andreas Konstantinə sui-qəsd cəhdi Kipr futbolunda korrupsiya və hakimlərin ələ alınması ilə bağlı yaranmış vəziyyətə reaksiya ola bilər. 
Geri qayıt