Əsas Səhifə > Dünya > Türkiyədə 220-dən çox qanunsuz miqrant saxlanılıb

Türkiyədə 220-dən çox qanunsuz miqrant saxlanılıb


15-01-2020, 08:22
 Türkiyənin İzmir vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb.
Şəffaflıq.az Trend-ə istinadən bildirir ki, dörd qayıqda 221 qanunsuz miqrant olub.
Miqranatlar sahil mühafizəçiləri tərəfindən Dikili, Menderes, Seferihisar və Urla vilayətlərində saxlanılıb.
Onların hamısı Suriya, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo, Seneqal, Fələstin, Toqo, Eritreya, Nigeriya, Yəməndən olan gəlmələrdir.


Geri qayıt