Əsas Səhifə > Dünya > NATO-nun baş katibi İrana səsləndi

NATO-nun baş katibi İrana səsləndi


8-01-2020, 20:21
NATO-nun Baş katibi Yens Stoltenberq İranın ABŞ hərbi bazalarına endirdiyi hava zərbələrinə münasibət bildirib.
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, baş katib müvafiq postu özünün "Twitter" hesabında paylaşıb:  
"Mən İranın ABŞ və koalisiya qüvvələrinə qarşı hücumunu pisləyirəm. NATO İranı növbəti zorakı addımlardan çəkinməyə çağırır".
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gecə ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu həyata keçirib.

Geri qayıt