Əsas Səhifə > Gündəm > Tanınmış “TikTok” ulduzu Pakistandan Bakıya qaçdı
Tanınmış “TikTok” ulduzu Pakistandan Bakıya qaçdı2-01-2020, 11:59 |
![]() Şəffaflıq.az-ın məlumatına görə, Virtualaz.org “Pakistan Today” nəşrinə istinadla xəbər verir ki, Harem Şah hazırda Bakıdadır və Kanada vətəndaşlığı üçün müraciət edib. “Mən Kanadaya uçacağam, çünki Kanada vətəndaşlığı üçün ərizə vermişəm və Pakistana geri qayıtmaqla bağlı heç bir planım yoxdur. Mən Bakıdan Kanadaya uçacağam”, - o sosial şəbəkələrdə bildirib. Harem Şah Peşəvər şəhərinin kasıb rayonlarından birində anadan olub, o, universitet tələbəsi idi. Lakin təhsili yarımçıq qoyub və sosial şəbəkələrdə karyera qurmağa başlayıb. Yaraşıqlı olduğu üçün o, Facebook-da sürətlə populyarlaşıb. Habelə TikTok platforması üzərindən videolar paylaşmağa başlayıb. ![]() ![]() Növbəti qalmaqal isə Pakistanın federal dəmiryolları naziri Şeyx Rəşidlə bağlı yaşanıb. Belə ki, Harem Şahın adından sosial şəbəkədə yayılan videoya əsasən o, nazirlə videozəng vasitəsilə danışır. Söhbətin bir məqamında Harem Şah nazirin ona göndərdiyi intim videoları xatırladır və Şeyx Rəşid dərhal söhbəti kəsir, videoəlaqə dayanır. İndi pakistanlı sosial şəbəkə ulduzunun Bakıdan bildirdiyinə görə, bəzi adamlar onun adından bir neçə saytlarda və sosial şəbəkələrdə saxta hesablar yaradaraq təbliğat aparırlar. “Həmin saxta hesablar üzərindən yayılan informasiyaların mənə dəxli yoxdur. Mənim təkcə bir hesabım var-“Hareem Shah Official”. İnternetdə iddia etdikləri kimi, mənim baş naziri təhdid etdiyim haqda deyilənlər də uydurmadır”, - o bildirir. ![]() Şəffaflıq.az Geri qayıt |