Əsas Səhifə > Dünya > Rusiya ABŞ-ın qorxduğu silahı orduya aldı

Rusiya ABŞ-ın qorxduğu silahı orduya aldı


28-12-2019, 08:59

 

Avanqard” hipersəsli raket sistemi ilə silahlanmış ilk alay döyüş tapşırığı alıb.

Şəffaflıq.az xəbər verir ki, u barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məlumat verib.

Bundan əvvəl nazir bildirmişdi ki, “Avanqard” 2019-cu ilin sonuna qədər istifadəyə veriləcək. Həmçinin 2020-ci ildə Rusiya Strateji Raket Qüvvələrinin 22 ədəd “Avanqard” və “Yars” kompleksləri alacağı qeyd olunub.

“Avanqard” sürəti 27 Maxa (1 Max = 1226,5 km/saat (340 metr/saniyə)) çatan qanadlı raketdir.

Qeyd edək ki, sözügedən “Avanqard” raketinin ilk sınağı zamanı ABŞ-da böyük narahatlıq yaranmışdı.
Geri qayıt