Əsas Səhifə > Region > İran qırıcısı Azərbaycanla sərhəddə qəzaya uğradı

İran qırıcısı Azərbaycanla sərhəddə qəzaya uğradı


26-12-2019, 17:10

 

İran Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı qəzaya uğrayıb.

Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, hadisə Azərbaycanla sərhədin yaxınlığında, Ərdəbil əyalətində Savalan dağı ətrafında baş verib.
Təyyarənin pilotunun taleyi naməlumdur.

Kəskin hava şəraitinə baxmayaraq pilot və təyyarənin axtarışları davam etdiriləcək.

Qəzanın səbəbləri ilə bağı araşdırma aparılır.



Geri qayıt