Əsas Səhifə > Gündəm / Redaktor seçimi > Şamaxıda bələdiyyə seçkiləri uğurla başa çatıb.
Şamaxıda bələdiyyə seçkiləri uğurla başa çatıb.24-12-2019, 00:15 |
![]() 85 saylı Şamaxı seçki dairəsinin sədri Hüseyn Rəcəbov Şəffaflıq.az-a bildirib ki, son illər yerli problemlərin həllində bələdiyyələrin rolu artdığına görə seçicilər ən yaxşı namizəd seçimində daha çox maraqlıdırlar. Səsvermənin ilk saatlarında seçicilərin fəallığı da bunu bir daha təsdiq edib. Dairənin sədri qeyd edib ki, dairə üzrə yaradılan 63 məntəqədə seçkilərin normal, demokratik və şəffaf keçirilməsi üçün bütün şərait var. Siyahıya əsasən 41 min 601 nəfər seçici qeydə alınan 680 namizəd arasında istədikləri şəxsə səs veriblər. 11 məntəqəyə vebkameralar quraşdırılıb. Prosesi 721 nəfər müşahidəçi izləyib, onlardan 263 nəfəri ayrı-ayrı siyasi partiyaların üzvləridir. Seçkidə 14 min 618 nəfər səs verib 35,14 faizini təşkil edib. Səsvermənin gedişi ilə bağlı dairəyə heç bir şikayət daxil olmayıb. Vahid ismayılov. Şamaxı Şəffaflıq.az Geri qayıt |