Əsas Səhifə > Dünya > Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb

Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb


15-12-2019, 07:41

 

Çinin Sıçuan əyalətində mədəndə baş vermiş qəza nəticəsində 3 nəfər ölüb, 15 nəfər isə itkin düşüb.


Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.


Bildirilir ki, hadisə şaxtaya suyun sızması nəticəsində yaranıb.

 

Hazırda ərazidə xilasetmə işləri aparılır. 


Şəffaflıq.az
Geri qayıt