Əsas Səhifə > XARİCİ XƏBƏR > İsrail İranın obyektinə raket zərbəsi endirib

İsrail İranın obyektinə raket zərbəsi endirib


19-04-2024, 10:34


İsrail İrandakı obyektə raket zərbəsi endirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABC telekanalı amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Bununla belə, rəsmi Suriya və İraqdakı hədəflərin də hədəf olub-olmadığını təsdiqləməyib.

Qeyd edək ki, aprelin 13-də axşam İran İsrailə pilotsuz təyyarələr və raketlər ataraq, bunu “çoxsaylı cinayətlərə”, o cümlədən İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə edilən hücuma cavab adlandırıb. Tehran konsulluğun hücuma məruz qaldığı sırf hərbi obyektlərə hücum etdiyini vurğulayıb.


Geri qayıt