Əsas Səhifə > Hadisə > Bakıda avtomobil 7 yaşlı uşağı vurub

Bakıda avtomobil 7 yaşlı uşağı vurub


19-04-2024, 10:16


Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, Buzovna qəsəbəsində yolu keçən 2017-ci il təvəllüdlü Əliyeva Arzu Mehrab qızını avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt